ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASININ ŞÖBƏ RƏHBƏRİ VƏFAT EDİB

05.08.2024 13:30 | 7

 

❗️🥀Şamaxı Astrofizika Rəsədxanasının “Planetlər və kiçik səma cisimləri” şöbəsinin rəhbəri vəzifəsində çalışan Ədalət Ətayi bu gün uzun sürən xəstəlikdən sonra vəfat edib.

“Pressxebertv Az-ın məlumatına görə, fizika-riyaziyyat elmləri doktoru Ədalət Ətayi 73 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, alim 70-dən çox elmi məqalənin, çoxsaylı elmi-kütləvi məqalələrin, bir sıra kitabların müəllifidir. O, həmçinin məktəblər üçün “Astronomiya” dərsliyinin həmmüəlliflərindən biri olub.

Daha çox xəbər