ALİMPAŞA MƏMMƏDOV:XAİŞ EDİRƏM MƏNİ BURAXIN

21.06.2024 23:08 | 9

 

7 il Şəmkirin icra başçısı işləmiş  Alimpaşa Məmmədov son sözündə məhkəmədən ona yüngül cəza təyin edilməsini, hansısa şərtlə azadlığa buraxılmasını xahiş edib. O, xahişini iş üzrə dəymiş ziyanın ödənilməsi, şikayətçinin olmaması ilə əlaqələndirib. A.Məmmədov azadlığa çıxmaq istəməsinin əsas səbəbi kimi işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərində iştirak etmək arzusu ilə əlaqələndirib:

“Mən 3 ildən çoxdur həbsdə yatıram. İşləyən adamam, içəridə dayana bilmirəm. Ən əsası isə Qarabağda aparılan quruculuq işlərində iştirak etmək istəyirəm. Xahiş edirəm, məni buraxın, azad olunmuş ərazilərin yenidən dirçəlməsinə faydam olsun. Vəssalam! Son sözüm bundan ibarət idi”.

Əvvəlki iclasda prokuror ona 13 il həbs cəzası tələb edib.

Daha çox xəbər