HAMİLƏ QADİN 3-cü MƏRTƏBƏDƏN YİXİLDİ

21.03.2023 10:57 | 4

Şirvanda  hamilə qadın 3-cü mərtəbədən yıxıldı
-------------------------------------------
Şirvanda hamilə qadın binanın 3-cü mərtəbəsindən yıxılıb.

PRESSXEBERTV.az bildirir ki,  hadisə Şirvan şəhəri Heydər Əliyev prospektində qeydə alınıb.

Şirvan sakini, 1993-cü il təvəllüdlü Yahyazadə Aytac Rasim qızı yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılıb. 30 yaşlı qadın ağır vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun qəsdən özünü atdığı və ya ehtiyatsızlıqdan yıxıldığı müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbər