ÖDƏNİŞLİ YOLDA QƏZA BAŞ VERİB ÖLƏN VƏ YARALANAN VAR.

13.01.2024 14:09 | 20

 

Ödənişli yolda avtomobil aşıb, ölən və yaralananlar var

Hadisə yolun Şabran rayonu ərazisindən keçən hissəsində baş verib.

Cəfər Həsənovun idarə etdiyi "BMW" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Nəticədə sürücü hadisə yerində ölüb. Avtomobildə olan digər 2 sərnişin - Emin Xudiyev və Nərmin Təhməzova xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbər