LERİKDƏ QANUNSUZ ÇÖL DONUZU OVU İLƏ MƏŞĞUL OLAN ŞƏXS SAXLANILIB.

11.12.2023 12:08 | 4

 

Lerikdə qanunsuz çöl donuzu ovu ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon sakini E.Vəliyevin Günəşli kəndindəki meşəlik ərazidə axşam saatlarında qanunsuz çöl donuzu ovladığı müəyyən edilib.

Ondan 1 ədəd ov tüfəngi və qanunsuz olaraq ovladığı çöl donuzu aşkarlanıb.

Faktla bağlı Lerik RPŞ-də araşdırma aparılır.

Daha çox xəbər