BİBİHEYBƏT QƏSƏBƏ YAXINLIĞINDA 2 NƏFƏR BALIQÇI İTKİN DÜŞÜB.
Bibiheybət qəsəbəsi yaxınlığında 2 nəfər balıqçı itkin düşüb.
Pressxebertv Az xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.
FHN-in Aviasiya dəstəsinin helikopteri Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri ilə birgə axtarış işlərinə cəlb olunub.
Hazırda vətəndaşlar - 1954-cü il təvəllüdlü Cəfərov Vidadi Əli oğlu və 1977-cü il təvəllüdlü Həsənov Elvin Nəcəfqulu oğlunun axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Link kopyalandı
