SALYANDA YAŞAYAN GƏNC ŞAİRİN ÜZƏRİNDƏN NARKOTİK TAPILDI.
Salyanda yaşayan gənc şair İbrahim Xudayi həbs olunub.
Pressxebertv Az xəbər verir ki, o, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin və satışının qarşısının alınması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.
Link kopyalandı
