AKTİRİSA CƏMİLƏ TAĞIZADƏ BİLDİRİB Kİ, 50 MİN VERSƏLƏR ÖPÜŞƏRƏM.

13.09.2023 21:17 | 17

 

– Bəzi aktyorlarımız, aktrisalarımız Türkiyədə filmlərə, seriallara çəkilirlər. Sizin necə planınızda var Türkiyədə hər hansısa filmə, ya da seriala çəkilmək?

– Mən məmuniyyətlə gedərdim. Amma təəsüf ki, mən Könül Nağıyeva kimi çoxlu dil bilmirəm. Səhv etmirəmsə o 5 bilir. Türkcəni də çox mükəmməl öyrənib. Mən bilmirəm deyə düşünürəm çətin alına. Amma Azərbaycandan kənarda böyük layihələrdə yer almaq mənim də arzumdur.

– Təklif olunsa açıq-saçıq səhnəyə çəkilərsiniz?

– Mənə təklif olunub, sadəcə qonorar çox aşağı olduğu üçün qəbul etməmişəm. Bildirdim ki, bir öpüş səhnəsinə çəkilmək üçün ən azı  50 min manat qonorar almalıyam. Ondan aşağıya çəkilmərəm. Mən dediyim qonorarı mənə heç kim verməz. Aşağı qonorara razı olub çəkilmək istəyən bəzi qızlarımız var ki, özlərini reklam etmək xatirinə çəkilirlər.

– Estetik əməliyyat etdirən həmkarlarınıza münasibətiniz necədir? Sizcə aktrisaların estetik əməliyyat etdirməsi düzgündür?

– Etdirə bilərlər, normal yanaşıram. Ancaq, təbilikdən çıxmamaq şərti ilə.

 



Daha çox xəbər