GƏDƏBƏYDƏ YÜK MAŞINI KÖRPÜDƏN AŞDI

30.08.2023 08:07 | 6

 

Gədəbəydə yük maşını körpüdən aşdı - Sürücü öldü 

Gədəbəydə yük maşını aşıb.
Pressxebertv Az-ın məlumatına görə, hadisə rayonun Arıqdam kəndində qeydə alınıb. Belə ki, "Kamaz" markalı yük maşını yoldan çıxaraq körpüdən aşıb. Qəza zamanı sürücü 50 yaşlı Ramiz Rzayev hadisə yerində ölüb, onun sərnişini 40 yaşlı Azər Quliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbər