“ÖZÜ 4-5 DƏFƏ ƏRDƏ OLUB,EROTİK POZALAR VERİR,AMMA TV-də EKSPERTLİK EDİR

19.08.2023 15:50 | 7

 

Televiziyalarda yayımlanan sosial verilişlər tez-tez tənqid hədəfinə çevrilir. Bəziləri iddia edir ki, bu cür verilişlər insanların psixologiyasına pis təsir edir, dəvət olunan ekspertlər insanlara məsləhət verə biləcək səviyyədə deyil, həmin verilişlər yayımdan qaldırılmalıdır və s. Lakin maraqlı bir məqam var ki, sosial verilişlərin reytinqi hər zaman çox yüksək olur. 

Ətraflı

Bu problemin səbəbi nədir? Tamaşaçı bəyənmədiyi verilişlərə niyə baxır?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış aparıcı Amil Xəlil verilişlərə dəvət olunan bəzi ekspertləri tənqid atəşinə tutub:

"Bəzən sosial verilişlərdə ekspert qismində əyləşənlər mövzuya, efirə çıxarılan şəxslərə etiraz edirlər. O, ekspertlərin biabırçılıqları, vallah, efirə çıxanlardan 35 dəfə çoxdur. Elə olub ki, mənə bir neçə nəfəri məsləhət görüblər, efirimə ekspert kimi çağırmışam. Sonra maraqlanmışam ki, həmin şəxsin həyat tərzi, yaşayışı "apar, tulla"dır.

Bəzi verilişlərdə elə ekspertlər var ki, özünün yataq, erotika pozları sosial şəbəkələri bəzəyir, 4-5 dəfə ərdə olub, amma gətirib ekspert kimi oturdublar.

Bizdə də belə hal yaşanıb, illərlə tanımadığım bir ekspert var idi, sonradan bilmişəm ki, nə qələtlər edib və efirdən uzaqlaşdırmışam".

Daha çox xəbər