“NİKOSAYAĞI” nın DÜŞDÜYÜ QƏZADA ÖLƏN……..

16.08.2023 17:35 | 8

 

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirli qəzaya düşüb. Qəza nəticəsində 1 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb.

“Pressxebertv Az. xəbər verir ki, qəzada ölən N. Şakirlinin dostu Ruslan Məmmədovdur. Onun Gəncədəki “İmperial” şadlıq evinin sahibi Şahin Məmmədovun oğlu olduğu bildirilir.

Qeyd edək ki, 29 yaşlı N. Şakirlinin sağ yuxarı ətrafı dirsəkdən amputasiya olunub. Hadisə vaxtı yolda hərəkəti tənzimləyən polis əməkdaşı, 23 yaşlı Fəxri Rüstəmov isə sağ əlin kəsiyi diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Daha çox xəbər