MƏHƏMMƏD ƏKBƏROV TƏQAÜDƏ GÖNDƏRİLDİ

13.08.2023 21:52 | 6

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təqaüdə göndərilib.

Hakim Məhəmməd Əkbərov icraatında olan sonuncu cinayət işini başa çatdırıb.

O, yaş həddi ilə bağlı hakimlik səlahiyyətini yekunlaşdırıb.

Qeyd edək ki, Məhəmməd Əkbərov 5 ildir Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi idi. O, 1998-2000-ci illərdə Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri olub. 2000-2007-ci illərdə Naxçıvan MR İqtisadi Məhkəməsinin, 2007-2017-ci illərdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin sədri işləyib.

Daha çox xəbər