NOVXANIDA QANUNSUZ QUM-ÇINQIL DAŞIYANLAR CƏRMƏLƏNDİ

31.07.2023 00:44 | 4

 

Pressxebertv Az xəbər verir ki,
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Sumqayıt şəhəri, “Novxanı bağları” massivindən qanunsuz qum-çınqıl daşındığı müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qum-çınqıl qarışığının “Ford” markalı, 77-EL-681 dövlət nömrə nişanlı yük maşınının sürücüsü Kamran Yusifov və ekskavatorun sürücüsü İmamverdi Orucov tərəfindən daşındığı məlum olub.

“Faktla bağlı akt, protokol tərtib olunub və sürücülər barədə  qanunamüvafiq tədbirlər görülüb”.

Daha çox xəbər