TÜRKİYƏLİ MƏŞHUR ATASINI MƏHKƏMƏYƏ VERDİ
Dünyada məşhur olan türkiyəli aşpaz CZN Burak (Burak Özdemir) atasını məhkəməyə verib.
Pressxebertv Az. xəbər verir ki, buna səbəb atasının onun adından istifadə edərək məkanlar açması olub. O, atası tərəfindən dələduzluqla qarşılaşdığını iddia edib.
Əslən Hataydan olan Burak zəlzələ vaxtı insanlara kömək etməyə çalışıb. Amma o, bu ərəfədə atasının əngəlləri ilə üzləşdiyini bildirib. Atasının ona mane olmağa çalışdığını deyən Burak onunla bütün əlaqəsini kəsib. İndi isə aşpaz atasının onun ad haqqlarını satdığını bildirib. Çağlayan Məhkəməsinə müraciət edən Burakın ilk məhkəməsi sentyabrda keçiriləcək.
O, adını və fotosunu istifadə edən məkanlardan bunun yığışdırılmasını istəyib. O bildirib ki, İstanbulda Vadi İstanbuldan başqa heç bir yerdə məkanı yoxdur.
