DƏHŞƏT: QARAJDA CƏSƏDLƏRLƏ DOLU SOYUDUCULAR TAPILDI

17.07.2023 23:09 | 5

 

Rusiya Federasiyasının Samara vilayətindəki qarajlardan birində qeyri-qanuni meyitxana aşkar edilib.

Cəsədlər üzərində “ət” və “dondurma” yazıları olan adi mağaza soyuducularında saxlanılıb.

Yaşlı qadın və kişilərin cəsədlərini yerli bloqer Kseniya Stefan aşkar edib.

Meyitlərin ətrafında çələnglər və xaçlar da tapılıb.

Ehtimal ki, qarajı yerli dəfn xidmətləri şirkətlərindən biri meyitxanaya çevirib.

Məsələ  ilə bağlı artıq polisə müraciət olunub.

Daha çox xəbər