BAYRAM NAMAZININ VAXTI AÇIQLANDI
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Qurban bayramı ilə bağlı fətva verib.
Pressxebertv Az. xəbər verir ki, fətvada Qurban bayramı namazının vaxtı açıqlanıb.
Fətvaya əsasən, iyunun 28-də məscidlərimizdə bayram namazı qılınacaq.
“AMEA Şamaxı Astrofizika Rəsədxanasının 2023-cü il hesablamalarına əsasən, Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq builki Qurbаn bаyrаmı Zilhiccə ayının 10-na – Miladi təqvimlə 28 iyun tarixinə təsadüf edəcəkdir. Şəriətə uyğun olaraq Qurban kəsimi həmin tarixdən başlayaraq 3 gün davam edə bilər. İyun ayının 28-də məscidlərimizdə bayram namazı qılınacaqdır, - fətvada deyilir.
Link kopyalandı
