BAYRAM NAMAZININ VAXTI AÇIQLANDI

25.06.2023 15:55 | 4

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Qurban bayramı ilə bağlı fətva verib.

Pressxebertv Az.  xəbər verir ki, fətvada Qurban bayramı namazının vaxtı açıqlanıb.

Fətvaya əsasən, iyunun 28-də məscidlərimizdə bayram namazı qılınacaq.

“AMEA Şamaxı Astrofizika Rəsədxanasının 2023-cü il hesablamalarına əsasən, Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq builki Qurbаn bаyrаmı Zilhiccə ayının 10-na – Miladi təqvimlə 28 iyun tarixinə təsadüf edəcəkdir. Şəriətə uyğun olaraq Qurban kəsimi həmin tarixdən başlayaraq 3 gün davam edə bilər. İyun ayının 28-də məscidlərimizdə bayram namazı qılınacaqdır, - fətvada deyilir.

Daha çox xəbər