TİTANİKƏ TURİST APARAN SUALTI QAYIQ YOXA ÇIXIB
Həyəcanlı axtarışlar davam edir
Gözlər Atlantik okeanda!
Atlantik okeanında turistləri “Titanik” gəmisinin qalıqlarını görməyə aparan sualtı qayıq itib.
BBC-nin yaydığı xəbərə görə, “Titanik”in qalıqlarını görmək üçün şirkətin təşkil etdiyi 8 günlük turun qiyməti adambaşına 250 min dollar olub.
Bazar günü səhər itən qayığın 96 saatlıq oksigen ehtiyatı olub. Turistlər ən uzağı cümə axşamına qədər yardımsız qala biləcəklər.
“Titanik” gəmisi bundan 111 il əvvək, 1912-ci ildə batıb.
Link kopyalandı
