ZİYA MƏMMƏDOVUN QARDAŞINA VƏZİFƏ VERİDİ

16.03.2023 00:03 | 6

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Təsərrüfat İşlərinin Təşkili Şöbəsinə müdir təyin edilib. 
 
Sfera.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, AMEA prezidenti İsa Həbibbəylinin müvafiq əmri ilə bu vəzifəyə texnika elmləri doktoru, professor Elton Məmmədov təyin olunub. 
 
Ətraflı
Ads by  
0
Reklamınızı SmartBee ilə effektiv edin.
Elton Məmmədov saytımıza açıqlamasında bildirib ki, AMEA-da aparılan islahatlar çərçivəsində İşlər İdarəsi ləğv edilib və bu ilin yanvar ayında yerinə Təsərrüfat İşlərinin Təşkili Şöbəsi yaradılıb: "Bu vəzifəyə mən təyin edilmişəm”. 
 
Qeyd edək ki, sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov bu vəzifəsindən əvvəl AMEA ləğv edilən İşlər İdarəsinin müdiri vəzifəsini tuturdu.

Daha çox xəbər