FÜZULİLƏR VƏ AĞDAMLILAR BU TARİXDƏ KÖÇ EDƏCƏKLƏR.
Əhali Ağdam və Füzuliyə bu tarixdə qaytarılacaq
Hazırda Füzulidə 6 məhəllə inşa olunur. 38 binada tikinti-quraşdırma əməliyyatları sürətlə aparılır. 800 ailənin həmin yaşayış sahəsinə ilin sonunadək köçürülməsi nəzərdə tutulur. Bu proses iki mərhələdə planlaşdırılır. Sentyabr ayına kimi reallaşacaq birinci mərhələdə 260 ailənin məskunlaşdırılması gözlənilir.
Pressxebertv Az. xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Qarabağ üzrə xüsusi nümayəndəsi Emin Hüseynov "Xalq qəzeti”nə müsahibəsində bildirib.
"Ağdam şəhərində də bu proses sürətlə gedir. Burada ərazi geniş olduğu və bu səbəbdən də böyük həcmdə infrastruktur quruculuğu aparıldığı üçün məskunlaşmanın gələn ilin sonunda başlanacağı nəzərdə tutulur", - deyə o qeyd edib.
Link kopyalandı
