KÜRDƏMİRDƏ ODLU SİLAHLA ADAM ÖLDÜRDÜ.
RƏSMİ MƏLUMAT.
İyunun 10-da 23 radələrində Kürdəmir rayonu Atakişili kəndində 1977-ci il təvəllüdlü Müşfiq Cümşüd oğlu Məmmədovu odlu silahla öldürməkdə şübhəli bilinən 1968-ci il təvəllüdlü İslamov Cümşüd Rizvan oğlu polis əməkdaşları tərəfindən saxlanıldı. Ondan cinayət aləti olan “Makarov” tapançası aşkar olunaraq götürülüb.
Link kopyalandı
