XIRDALAN PARKINDA ANA ATRAKSİONDAN YIXILARAQ ÖLDÜ

10.06.2023 15:38 | 14

 

Xırdalan şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Pressxebertv Az. xəbər verir ki, Abşeron rayon sakini, 1987-ci il təvəllüdlü Minayə Rasim qızı Nuriyeva iyunun 8-də saat 17 radələrində Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına parkdakı dairəvi hərəkət edən delfinşəkilli karuselin ikinci qoşqusundan yıxılıb. 36 yaşlı qadın qarnın küt travması, daxili qanaxma, qapalı kəllə-beyin travması, alt çənə sınığı, sağ bazunun açıq sınığı, II və III dərəcəli travmatik şok diaqnozu ilə Respublika Klinik Xəstəxanasına daxil olub.

M.Nuriyeva dünən saat 07:40-da xəstəxanada vəfat edib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Daha çox xəbər