TAĞI ƏHMƏDOVUN AYAĞLARI ÖMÜRLÜK TUTULDU

07.06.2023 23:38 | 7

 

“Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədov ömürlük yerimə qabilliyyətini itirib.

Pressxebertv Az xəbər verir ki, "manset.az"ın əldə etdiyi məlumata görə, Tağı Əhmədov ömürlük əlil arabasına məhkum olmaqla yanaşı onun ürəyində də ciddi problem yaranıb.Hazırda o Bakıda yerləşən özəl klinikalardan birində intensiv müalicə alır.

Onun həyat yoldaşı Salatın Əhmədova sayta açıqlamasında faktı təsdiq edərək, bunları deyib:

“Tağı müəllim hazırda xəstəxanadadır, vəziyyəti ürəkaçan deyil. Müalicə zamanı başqa problemləri də çıxdı. Onun ürəyində də problem çıxıb. İndi onu müalicə edəcəklər. Yəqin ürəyi ilə bağlı müalicəsi bir həftəyə yekunlaşar. Həkimlər indi onunla məşğuldular. Yeriməyi artıq mümkün deyil. Onun yeriməsi üçün Allahın bir möcüzəsi lazımdır. Heç kim bilmir ki, sabah başına nə gələcək”.

Daha çox xəbər