BAKIDAN TBİLİSİYƏ QALXAN TƏYYARƏ……….
Bakıdan Tbilisiyə qalxan təyyarə eniş edə bilmədiyi üçün geri qayıdıb
AZAL QSC-nin tərkibinə daxil olan "Buta Airways" aviaşirkətinin J2 9225 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib. Pressxebertv Az. xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib Qeyd olunub ki, buna səbəb Tbilisi hava limanı ətrafında hava şəraitinin qəfil pisləşərək güclü külək əsməsi olub. Təyyarə yerli vaxtı ilə saat 23:05-də Heydər Əliyev Beynəlxalq Aeroportuna geriyə uğurla eniş edib. Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Tbilisiyə yola düşəcəklər.
Link kopyalandı