BAKIDAN TBİLİSİYƏ QALXAN TƏYYARƏ……….

03.06.2023 22:55 | 4

Bakıdan Tbilisiyə qalxan təyyarə eniş edə bilmədiyi üçün geri qayıdıb
AZAL QSC-nin tərkibinə daxil olan "Buta Airways" aviaşirkətinin J2 9225 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib.  Pressxebertv Az. xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib  Qeyd olunub ki, buna səbəb Tbilisi hava limanı ətrafında hava şəraitinin qəfil pisləşərək güclü külək əsməsi olub.  Təyyarə yerli vaxtı ilə saat 23:05-də Heydər Əliyev Beynəlxalq Aeroportuna geriyə uğurla eniş edib.  Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Tbilisiyə yola düşəcəklər.

Daha çox xəbər