“NİSSAN” ANA BALA VƏ NƏNƏNİ VURARAQ ÖLDÜRDÜ

29.05.2023 02:40 | 8

 

Bakının Suraxanı rayonunda ağır yol nəqliyyatı hadisəsi baş verib.

Pressxebertv Az APA-ya istinadən xəbər verir ki, qəza Hövsan qəsəbəsi ərazisində baş verib.

Belə ki, Hövsan şossesində Qum adası istiqamətində hərəkətdə olan “Nissan” markalı avtomobilin sürücüsü qəfil yola çıxan üç nəfəri vurub. Ana, uşaq və nənə zərbənin təsirindən hadisə yerində ölüb.

Hazırda Hövsan şossesində hərəkət məhdudlaşdırılıb.

Hadisə şahidləri yolun işıqlandırılması səbəbindən belə hadisənin baş verdiyini bildirib.

Daha çox xəbər