2-ci SİNİF ŞAGİRDİNİ AVTOBUZ VURUB ÖLDÜRDÜ
Xəbər verdiyimiz kimi dünən Bakının Xətai rayonu ərazisində - Xudu Məmmədov küçəsində 51 saylı marşrut xətti üzrə hərəkət edən avtobus piyada keçidində 2015-ci il təvəllüdlü uşağın üstündən keçib.
Pressxebertv Az əldə etdiyi məlumata görə, qəzada ölən uşaq 245 saylı məktəbin 2-ci sinif şagirdi Quliyev Saleh Mahmud oğlu olub.
Belə ki, azyaşlı bibisi ilə məktəbdən çıxıb evə gedərkən piyada keçidində onları “Bus Trans” şirkətinə məxsus avtobus vurub. Uşaq təkərin altında qaldığı üçün o, hadisə yerində ölüb.
Link kopyalandı
