NƏVƏ NƏNƏSİNİ ÖLDÜRÜB ZİBİLLİYƏ ATDI
Evə görə nənəsini öldürüb zibilliyə atdı - Bakıda QANDONDURAN CİNAYƏT
2022-сi il aprelin 12-də Yeni Suraxanı qəsəbəsi, “14 iyul” küçəsində yerləşən zibillik ərazidə 1953-cü il təvəllüdlü Natalya Popovanın meyiti aşkalanır. Dərhal hadisə ilə əlaqədar polis və prokurorluq əməkdaşları hərəkətə keçiblər. Onu qətlə yetirən nəvəsi, Bakı şəhər sakini 1999-cu il təvəllüdlü Murad İmanov saxlanılıb.
O etiraf edib ki, qadını bıçaq zərbələri ilə yaşadıqları Zərdabi küçəsi, ev 12, mənzil 4-də öldürüb. Sonra isə meyiti əl arabasına qoyaraq, zibillə gətirib və orda tullayıb.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Natalya Popovanın meyitində 9 ədəd bıçaq yarası aşkar edilib.
