NAZƏNİN LOTU QULİYƏ MAHNI HƏSR ETDİ

23.05.2023 13:35 | 4

 

Müğənni Nazənin Salayeva mərhum kriminal avtoritet, “qanuni oğru” Lotu Quliyə (Nadir Səlifov) mahnı həsr edib. 

Pressxebertv Az xəbər verir ki, yeni mahnısını izləyiciləri ilə bölüşən sənətçi mahnının kriminal avtoritetin bacısının adından ithaf olunduğunu qeyd edib:

“Hər zaman qəlblərdə yaşayacaqsan, dəyərli qardaş Quli, Allah səbr versin hamımıza, sevənlərinə, əzizlərinə. Bu mahnı rəhmətlik Quli qardaşımızın bacısı Leyla xanımın adından Quli qardaşıma ithaf olunur”. 

Qeyd edək ki, kriminal aləmin lideri hesab olunan Lotu Quli ləqəbli Nadir Səlifov 2020-ci ildə güllələnib. O, Antalyada şam etdiyi dostu Xan Əhmədlinski tərəfindən sui-qəsdə məruz qalmışdı.

Daha çox xəbər