GORANBOYDA İKİ NƏFƏRİN ÖLÜMLƏ NƏTİCƏLƏNƏN AVTOMOBİL QƏZASI

16.05.2023 13:10 | 6

 

Bu gün saat 07:15 radələrində Goranboy rayonunun Xoylu kəndi ərazisində iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki,  Nəbiyev Nicat Rəhim oğlu idarə etdiyi “Mercedes” markalı,  90-GA-314 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə hərəkətdə olarkən idarəetməni itirib və yolun hərəkət hissəsinin kənarındakı ağaca çırpılıb.

İlkin ehtimala görə yüksək sürət və sürücünün diqqətinin yayınması hadisənin baş verməsinə səbəb olub.

Nəticədə sürücü N.Nəbiyev və sərnişini Elvin Quliyev hadisə yerində dünyasını dəyişib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Daha çox xəbər