BİR-BİRİNİN ÜNVANINA AĞIR SÖZLƏR DEMİŞDİLƏR İNDİ İSƏ….
Müğənni Günay İbrahimli ilə İradə İbrahimova barışıb.
Qeyd edək ki, ifaçılar arasındakı qalmaqala səbəb Günayın İradənin ünvanına dediyi "Onu Azərbaycan şou-biznesində görmürəm" sözləri olub. Onun bu sözlərindən sonra İradə qarşı tərəfin "Ürəyimin qatili" mahnısını pisləmiş və "Elə bil plagiatdır. Münasibətimiz yoxdur, səhnədə izlədiyim müğənnidir. Bir vaxtlar özünü mənə bənzətdi, elə başladı. Amma gördü ki, yox, bununla bir yerə gedə bilməz. Bu yerin sahibi var. Amma özünü heç kəsə oxşatmasın" sözlərini əlavə edib.
Günay isə İradənin ünvanına "İndi də şou-biznesdə təzə dəb yaradıblar. Ailə ilə gündəmə gəlib, bir-birilərinə acıq vermək istəyirlər. Onsuz da ailənizdən başqa gündəmə gələcək bir şeyiniz yoxdur. Amma əriniz və uşaqlarınız başqasına acıq vermək üçün bir vasitəyə çevrilməməlidir, həyat yoldaşınızla kiməsə acıq verməyin. Ailə sizin şəxsiyyətiniz, həyatınızın ən böyük qazancıdır, kimisə “vurmaq” üçün alət etməyin. Ailəli olub karyerasını davam etdirən, ən böyük nailiyyəti əldə edənlər də az deyil. İkisini birgə edə bilmirsizsə, susun" sözlərini yazmışdı.
