ASLAN İLYASOV BAĞINA HEYDƏR ƏLİYEVİN ADINI VERDİ.
Bu hadisə Salyanda olub.
Deməli, rəhmətlik el sənətkarımız Aslan İlyasovun keçmiş Salyan DYP postuna çatmamış bir bağ evi var.Çoxları bu bağ evini görüb. Böyük bir ərazini əhatə edən bağ hasarsızdır. Bağda yoldan keçənlərin ehtiyaclarını qarşılamaq üçün hər cür şərait yaradılıb. Məsələn, siz burda oturub kabab çəkib, yeyib, biraz dincəlib yolunuza davam edə bilərsiniz. Maraqlısı isə, buna görə, bir qəpik də olsun kiməsə pul ödəmirsiz. Keçək əsas məsələyə. Dəməli Aslan müəllim, inanclı insanları nəzərə alıb onlar üçün həmin bağın yola yaxın hissəsində bir məscid inşa etdirir. Salyanın keçmiş icra başçısı VƏLİHƏ XANIM bu bağa göz tikir. Aslan İlyasov deyir ki, bəs bağ plana düşür, burda park salınmalıdır. Rəhmətlik Aslan müəllim də bilir ki, boş söhbətdir. Eləmir tənbəllik bağına və tikdiriyi məscidə mərhum prezident Heydər Əliyevin adını verir. A.İlyasovla bağ üstündə dava edən VƏLİHƏ onu zorla ələ keçirməyə qərar verir. Ağır texnika ilə hücum təşkil etdirən icra başçısı gözlənilməz sürprizlə qarşılaşır. Müavini zəng vurub başçıya deyir ki, bağın girişində "Heydər Əliyev adına park", məscidinkində də "Heydər Əliyev adına məscid" yazılıb". Üstəlik evinin yola tərəf olan hissəsinə Heydər Əliyevlə prezident İlham Əliyevin böyük şəkli vurulub. İcra başçısı müavininin üstünə bağıraraq : "Tez traktoru- mraktorunu yığışdır ordan" deyib əmr verdikdən sonra telefonuna baxır ki, Aslan İlyasovdan bu SMS gəlib:
"Nətərdi ala, əmələ gəlir?"
