“SSENARİDƏ ÖPÜŞMƏ SƏHNƏLƏRİ ÇOX İDİ”

14.05.2023 22:04 | 8

 

"Filmdən təklif aldığım zaman Türkiyədə iki, üç film çəkib və mükafat almışdım. Rasim Ocaqov deyib ki, Təhminəni türk aktrisa oynayacaq. Türkiyəyə gəlmiş, bir-ibi aktrisa göstəriblər. Deyib ki, ağlımdakı Təhminə bunlar deyil, qayıdıram Bakıya. Biri deyib ki, yeni fəaliyyətə başlayan aktrisa var, baxın. Mənə zəng gəldi, izah etdilər, getdim. Biri yerindən durdu və "Təhminə, Təhminə" deməyə başladı. Baxıram ətrafda məndən başqa heç kim yoxdur, cavab verdim ki, adım Meral. Rasim bəy dedi ki, niyə bunu əvvəldən gətirmirsiniz".

Pressxebertv Az xəbər verir ki, bu sözləri aktrisa Meral Konrat "O üz" verilişində deyib. Türkiyəli sənətçi Azərbaycanda onu tanıtan "Təhminə" filminə seçilməsindən danışıb. Rejissor Rasim Ocaqovla görüşdüyü anı xatırlayan aktrisa bildirib ki, bəzi səhnələri ssenaridən çıxartdırıb:

"Filmdə çox öpüşmə səhnələri var idi. Dedim ki, başqa aktrisa tapın. Rasim bəy dedi ki, hamısını düzəldəcəyəm, gəl. Cavab verdim ki, düzəltsəniz çəkiləcəyəm. Sonra gördüm ki, nədənsə narahatdır. Dedi ki, eşq filmidir. Bir səhnə olmalıdır ki, film tamamlanmalıdır, yoxsa yarımçıq qalacaq. Dedim ki, elə bir səhnə ola bilər".

Daha çox xəbər