LEYLİ MİRZƏYEVAYA İCRA HAKİMİYYƏTİNDƏ VƏZİFƏ VERİLDİ

12.05.2023 00:29 | 7

 

Leyli Mirzəyevaya İcra Hakimiyyətində vəzifə verildi
Nizami Kino Mərkəzinin keçmiş direktoru Leyli Mirzəyevanın yeni iş yeri məlum olub.

Pressxebertv Az əldə etdiyi məlumata görə, Leyli Mirzəyeva Səbail Rayonu İcra Hakimiyyətində (RİH) İctimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin olunub.

Xatırladaq ki, Leyli Mirzəyeva bir neçə gün öncə Nizami Kino Mərkəzinin direktoru vəzifəsindən öz ərizəsi ilə çıxıb.

O, bu vəzifədə 2016-cı ildən çalışırdı

Daha çox xəbər