MƏRKƏZİ BANK YENİ PUL NİŞANLARI

06.05.2023 22:02 | 4

 

Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanlarının Mərkəzi Bank tərəfindən təqdimat mərasimi keçirilib.

Mərkəzi Bankın sədri Taleh Kazımov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanlarının tədavülə buraxılmasını elan edib.

Qeyd olundu ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkəmizin tarixində ilk dəfə olaraq yüksək əyarlı Azərbaycan qızılından hazırlanmış investisiya məqsədli pul nişanlarının 10 may 2023-cü il tarixindən etibarən tədavülə buraxılmasını elan edir.

Daha çox xəbər