MEYXANAÇI KƏRİMİN SƏHHƏTİ NECƏDİ?

05.05.2023 13:18 | 5

 

Meyxanaçı Kərimin səhhəti necədir? - Qohumu açıqladı

"Meyxana ustası Ağakərim (Kərim) Novruzovun səhhətində heç bir irəlləyiş yoxdur”.
 
Bu barədə Qaynarinfo-ya meyxanaçının bacısı oğlu Rüstəm məlumat verib. O bildirib ki, bütün müalicələrə baxmayaraq, meyxanaçı yeriyə bilmir:
 
"İki ildən çoxdur ki, yataq xəstəsidir. Nə yeriyə bilir, nə qalxa. Bütün günü uzanır. Sağ olsun, dostları onu tək qoymur. Tez-tez gəlib, hal-əhval tuturlar”. 
Qeyd edək ki, illər öncə meyxana ifaçısı Ağakərim Novruzun beyninə qan sızıb. 

Daha çox xəbər