MƏNİM SAÇLARIM AĞARDI SƏNİN ÜZÜN NİYƏ ÇIRIQ DEYİL?
Şairə Nazilə Səfərli məşqdə aldığı xəsarətlərdən ölən 7 yaşlı Fərid Bakarovun anası ilə bağlı paylaşım edib.
Pressxebertv Az Ölkə.Az istinad edərək xəbər verir ki, o, uşağın anası Aynur Məlikovanı davranışlarına görə qınayıb:
“Bu şəxsi fikrimdir. Məni çox da ciddiyə almayın. İstintaqda səhlənkarlığa və saxtakarlığa yol verilməsə, saçı “ukladka”lı, əyin başı yetərincə səliqəli, balasına yas saxlamaq əvəzinə hər zəngə cavab verən, müsahibə verən ananı tutacaqlar.
Yenə deyirəm məni çox ciddiyə almayın.
Sadəcə ana olanlar yazsın, evlərdən iraq, belə hadisəni kim yaşasa necə olardı?
Şəxsən mənim balam uşaqlıqda bərk xəstələnmişdi, başı ləçəkli özümü o qədər döymüşdüm, acizlikdən bir gecədə saçım ağardı.
Ay mamoçka, hanı sənin saçlarının yoluğu, hanı gözlərinin bulağı, üzün niyə cırıq deyil? O bəxtsiz uşağı neylədin? Şokdasan, yoxsa stresdə? Ağlamağın gəlmir? Bu nə rahatlıqdır?
İttiham etmirəm. Görməmişliyimə say və mümkünsə cavab ver”,- deyə o qeyd edib.
Qeyd edək ki, Sumqayıtda 7 yaşlı uşağa xəsarətlər yetirərək ölümünə səbəb olmaqda ittiham olunan idman müəllimi Mehman Xəlilovun barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə qərar Sumqayıt Şəhər Məhkəməsinin hakimi Elçin Məmmədovun sədrliyi ilə keçirilən iclasda elan olunub. Qərara əsasən, M.Xəlilovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
