AVTOMAT SATAN ŞƏXS SAXLANILDI
Pressxebertv Az DİN-nin MƏTBUAT XİDMƏTİNƏ İSTİNADƏN XƏBƏR VERİR Kİ,
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində odlu silah satmaq istəyən şəxs saxlanılıb.
Həmin şəxsin əlində olan idman çantasına keçirilən baxış zamanı atəşə yararlı 1 ədəd “AK-74” markalı avtomat, həmin silaha məxsus 1 ədəd sandıqça və 25 ədəd patron aşkar edilərək götürülüb.
Link kopyalandı
