AKTYOR İCRA HAKİMİYYƏTİNİ MƏHKƏMƏYƏ VERDİ
Əməkdar artist Tahir İmanov Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib.
Pressxebertv Az xəbər verir ki, iş Bakı İnzibati Məhkəməsindədir. Artıq iş üzrə hakim təyin edilib. İmanov Tahir Qorxmaz oğlunun iddiasına hakim Nəriman Abıyevin sədrliyi ilə baxılacaq. İşin mahiyyəti torpaq münasibətləri üzrə mübahisələrdən ibarətdir.
"Qaynarinfo" Tahir İmanovla əlaqə saxlayıb. O, bu barədə danışmaq istəmədiyini bildirib:
"Mənə sənətimlə bağlı suallar verin".
Link kopyalandı
