2000 MANAT DƏYƏRİNDƏ TƏSBEH OĞURLANDI

21.04.2023 19:49 | 4

Şəmkirdə restorandan qızıl təsbeh oğurlanıb.
 
Bu barədə İnterAz-a DİN Mətbuat Xidmətindən məlumat verilib.
 
Şəmkir şəhəri ərazisindəki restoranların birindən Bakı şəhər sakini A.Baxşəliyevin 2000 manat dəyərində qızıl təsbehinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
 
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən rayon sakini A.Bəhramlı müəyyən olunaraq saxlanılıb.

Daha çox xəbər