HİCABSIZ TƏQDİMATA QOŞULDUĞU ÜÇÜN…..
Tehranda məşhur aktrisa Panteya Bəhram “Aslan dərisi” serialının final bölümünün nümayişinə hicabsız qatılıb.
Pressxebertv Az xəbər verir ki, aktrisanın bu hərəkətinə görə təqdimatın baş tutduğu “Lotos” kinoteatrının direktoru vəzifəsindən azad edilib.
Kino Təşkilatının Monitorinq və Qiymətləndirmə üzrə direktor müavini Həbib İlbeigi məsələ münasibət bildirib:
"Kinoteatrın direktoru cinayətkarı oradan uzaqlaşdırmadığı üçün işdən çıxarılıb. Hazırda kinoteatrla bağlı araşdırmalar aparılır. Yaxın günlərdə bu barədə qərar veriləcək".
Qeyd edək ki, aktrisa daha əvvəl sosial media hesabında hicabsız görüntülərini paylaşması ilə diqqət çəkmişdi.
Link kopyalandı
