RƏŞAD DAĞLIYA QARŞI…….

18.04.2023 00:10 | 9

 

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan meyxanaçı, “Rəşad Dağlı” ləqəbiylə tanınan Rəşad Əmirovun mühakiməsi başlayıb. Onun işinə Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Aprelin 17-də məhkəmənin hazırlıq iclasında məlum olub ki, Rəşad Əmirova istintaqın sonunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə yanaşı, həm də 228.4 (qanunsuz olaraq, soyuq silah əldə etmə, saxlama, gəzdirmə) maddəsilə ittiham verilib.

Meyxanaçının vəkili Elvin Əliyev məhkəmənin qapalı keçirilməsini istəyib. Bu barədə vəsatət qaldıran vəkil deyib ki, işin içində müvəkkilinin şəxsi həyatına aid, ailə sirləri ilə bağlı epizodlar var.

Rəşad Dağlı da məhkəməsinin qapalı keçirilməsi haqda vəkilinin vəsatətini dəstəkləyib.

Lakin hakimlər bu vəsatəti təmin etməyib. Onlar bu nəticəyə gəlib ki, məhkəmə prosesinin qapalı keçirilməsi üçün əsas yoxdur.

Məhkəmə baxışı mayın 1-nə təyin olunub.

Daha çox xəbər