O,VİDEODAN SONRA MƏN NECƏ YAŞAYİM?

15.04.2023 18:23 | 4

 

“Övladımın taleyindən nigaranam. Ermənilər oğlumun üstünə şər atırlar”.

Pressxebertv Az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Ermənistanda saxlanılan Azərbaycan Ordusunun əsgəri Aqşin Bəbirovun anası Dürdanə Bəbirova deyib.

“Mənim oğlum kişi kimi əsgərliyə gedib, kişi kimi də xidmət aparıb. Əsgərliyinin başa çatmasına 9 ay qalmışdı. Biz özümüz də nə baş verdiyini bilmirik. Ermənilər onu şərləyir. Deyirlər ki, guya mənim oğlumun cibində bıçaq olub. Üç gün meşədə yatıb. Sonra erməninin  qapısını döyüb. Ermənilər də guya ona çörək veriblər. Ermənilərin necə şərəfsiz olduqlarını bütün dünya bilir. Oğlumun üstünə şərt atıb, başına oyun açırlar. Bundan sonra necə olacaq, bilmirik. Övladımın taleyindən narahatam”, - əsgər anası bildirib.

Dürdanə Bəbirova oğlundan xəbər almaq üçün dəfələrlə Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əlaqə saxlayıb:

“Oğlumun səsini eşitmək istəyirəm. Bu gün Hüseyn adlı əsgərimizin videonu yayıblar. Həmin videonu görəndə dəhşətə gəldim. Görün, bizim günahsız əsgərlərimizə necə amansız işgəncələr verirlər. Bunu görəndən sonra mən necə yaşayım? Dövlət qurumları ilə əlaqə saxlasam da, hələ də oğlumdan xəbər ala bilməmişəm. Artıq 8 gün yasa qərq olmuşuq. Nə edəcəyimizi bilmirik. BQXK-yə hər gün zəng edirik. Bu gün səhər də zəng etmişdik.  Deyirlər ki, oğlum sağ-salamatdır. Mən də danışmaq, oğlumun səsini eşitmək istəyirəm”.

Daha çox xəbər