HACI ŞAHİNİN 40 MƏRASİMİ

07.04.2023 07:32 | 8

 

“Hacı Şahin Həsənlinin 40 mərasimi aprelin 10-da ailədaxili keçiriləcək. Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri də iştirak edəcək”.

Pressxebertv Az  Globalinfo.az-a istinad edərək xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev deyib.

O bildirib ki, həmin gün iftar süfrəsi açılacaq:

“Şahin qardaşımızın dostları, yaxınları, əzizləri – hər kəs çalışacaq ki, ona layiqincə 40 mərasimi keçirsinlər. Bizim borcumuz onun ruhunu şad etmək, Quran surələri oxumaq və rəhmət diləməkdir. Allah ona rəhmət eləsin, ailəsinə səbir versin, övladları xoşbəxt olsun.

Ramazan ayıdır. Bu gözəl ayda dünyadan köçən yaxınlarımızı, doğmalarımızı yad edir, dualar oxuyub, namazlar qılırıq. Nə qədər yaşayırıq, gərək rəhmətlikləri yad edək ki, bizə də savab olsun. Bu, insanlıq vəzifəsidir”.

Qeyd edək ki, tanınmış ilahiyyatçı, “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli martın 2-də 48 yaşında ürəktutmasından vəfat edib.

Daha çox xəbər