Hacı Şahin Həsənlinin xatirəsi yad olundu Təzəpir məscidində Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə QMİ-nin Qazılar Şurasının üzvü Hacı Şahin Həsənlinin anım mərasimi keçirildi. Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətləri, sədrin l müavini, müfti Salman Musayev, mərhumun ailə üzvləri, Azərbaycanın müxtəlif regionlarından olan din xadimləri və alimlər iştirak etdilər. Tədbirdə mərhumun ruhuna Qurani - Kərim oxundu, dualar edildi, ehsan verildi. Allah rəhmət eləsin!