OTELİ YANDİRDİ

01.04.2023 10:35 | 4

Pressxebertv Az  24News.ge İSTİNAD EDƏRƏK XƏBƏR VERİR Kİ,Kazinoda uduzan şəxs Tbilisidə "Ambassador” oteli yandırıb - KİV
Ötən gün, axşam saatlarında Tbilisidə “Ambassador” oteldə baş verən yanğınla bağlı yeni iddialar irəli sürülüb.  24News.ge xəbər verir ki, yerli mətbuatda otelin Kazinoda uduzan şəxs tərəfindən yandırıldığı iddia olunur.  Bildirilir ki, bir nəfər gənc oğlan Kazinoda külli miqdarda pul uduzduqdan sonra o, bu addımı atıb.  Hadisədən biraz sonra isə sözügedən gəncin otelin eyvanında çılpaq dayanaraq diqqəti cəlb etməyə çalışdığı video görüntülər yayılıb.  Əldə olan qeyri-rəsmi məlumata görə, polis həmin şəxsi şöbəyə aparıb.  Qeyd edək ki, ötən gecə “Ambassador” oteldə baş verən güclü yanğın nəticəsində binanın iki mərtəbəsi yararsız vəziyyətə düşüb. Fakta bağlı Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin 187-ci maddəsi ilə araşdırmalara başlayıb.

Daha çox xəbər