LAÇINLILAR BU İL ÖZ DOĞMA DİYARİNA QAYİDACAQ

Prezident İlham Əliyev Laçın rayonunun xüsusi nümayəndəsi Məsim Məmmədovla görüş zamanı bildirib ki, Minlərlə laçınlı bu il öz doğma diyarına qayıdacaq:
Dövlət başçısı söyləyib ki, Laçın şəhərinin yenidən qurulması keçən ilin avqustun 26-dan bu yana icra edilir: "Birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur".
Çoxmərtəbəli səkkiz yaşayış binasının yenidən qurulduğunu, 30-dan çox ictimai binanın inşa edildiyini vurğulayan Prezident İlham Əliyev bildirib ki, bütün bu işlər ilin sonuna qədər başa çatdırmalıdır: “Minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar”.
Link kopyalandı