DEPUTAT GULLƏLƏNDİ

28.03.2023 23:18 | 4

Deputat Fazil Mustafanın güllələndiyi bildirilir.
O, xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxş hesab olunub
Milli Məclisin deputatı Fazil Mustafa güllələnib. Onun ayağından və çiynindən vurulduğu bildirilir.
Deputatın qardaşı Meydan TV-yə hadisənin baş verdiyini təsdiləyib.
Bildirilir ki, Fazil Mustafa evinin yaxınlığında marketdən çıxan zaman naməlum şəxs tərəfindən güllələnib.
Polis hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin axtarışını həyata keçirir.
APA hazırda deputatın təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparıldığını yazıb.
Son rəsmi açıqlamaya görə Fazil Mustafanın vəziyyəti qənaətbəxşdir, həyatı təhlükəsi yoxdur. Xəstəxanaya yerləşdirilib.

Daha çox xəbər