urtuluş 93-də gərgin anlar — Media nümayəndəsinin üzərinə hücum iddiasından sonra DYP hərəkətə keçdi

20.10.2026 18:51 | 10

 

⚡️ MASAZIRDA MEDİA NÜMAYƏNDƏSİNƏ H*CUM İDDİASI: AVTOMOBİL DURACAĞA YERLƏŞDİRİLDİ

Bir neçə gün əvvəl Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Qurtuluş 93 yaşayış kompleksində yol hərəkəti qaydalarının pozulması ilə bağlı iddia olunan hadisə baş verib.

Belə ki, dövlət qeydiyyat nişanının ön hissəsi olmayan, arxa tərəfi isə konstruksiyasında dəyişiklik edildiyi və yerə həddindən artıq yaxınlaşdırıldığı görünən “LADA 2110” markalı avtomobil yol kənarında saxlanılıb.

Pressxebertv.az xəbər saytının rəhbəri Nüsrət Sakitoğlu media nümayəndəsi kimi çəkiliş apararaq avtomobillə bağlı iradını bildirdikdən sonra iddiaya görə, avtomobilin sahibi və onun 4–5 nəfər dostu jurnalistin üzərinə h*cum çəkib.

Həmin şəxslərin Nüsrət Sakitoğluna “Polis icazə verib, yaxşı edirəm, mən d*yüşmüşəm, mənə olar” məzmununda ifadələr işlətdikləri bildirilir.

Hadisədən sonra Nüsrət Sakitoğlu Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edərək qanunvericiliyə uyğun tədbirlərin görülməsini xahiş edib.

Müraciət əsasında Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən avtomobilin axtarışı aparılıb, yeri müəyyənləşdirilib və nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilib.

Məlumata görə, hadisədə iştirak etdiyi bildirilən şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi istiqamətində araşdırma aparılır.

Qanun hamı üçün eynidirmi? Heç kim özünü qanundan üstün hesab etməməli, media nümayəndəsinin qanuni fəaliyyəti isə t*zyiq və h*də-q*rxu ilə qarşılanmamalıdır. Hadisəyə hüquqi qiymətin verilməsi aidiyyəti qurumların səlahiyyətindədir.

Daha çox xəbər