46 KQ NARKOTİK VASİTƏ QANUNSUZ DÖVRİYYƏDƏN ÇIXARILIB

12.08.2026 14:03 | 2

 

46 kq na*kotik vasitə qanunsuz dövriyyədən çıxarıldı

DİN-in Baş Na*kotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən na*kotik vasitələrin satışının qarşısının alınması məqsədilə əməliyyatlar davam etdirilir.   

Pressxebertv Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.  
Belə ki, Qaradağ və Suraxanı rayonlarında keçirilən tədbirlərlə əvvəllər na*kotiklərlə əlaqəli cinayətinə görə məhkum olunan Ceyhun Heydərov,  Məhərrəm İbrahimov və Elvin Əsgərov saxlanılıblar. Onlardan ümumilikdə 46 kiloqram na*kotik vasitə aşkarlanıb. 

Saxlanılan şəxslərin xaricdə yaşayan na*kotacirlərin tapşırıqları ilə qa*çaqmalçılıq yolu ilə ölkəyə gətirilən na*kotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən edilib.

Daha çox xəbər